Malik Ələkbərov: "Azadlığa çıxan məhkumların cəmiyyətə adaptasiyası ilə bağlı tədbirlər görülür"

Malik Ələkbərov

© APA | Malik Ələkbərov

# 11 noyabr 2021 12:26 (UTC +04:00)

"Azadlığa çıxan məhkumların cəmiyyətə adaptasiyası məsələsi ilə bağlı tədbirlər görülür".

APA xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin rəisi Malik Ələkbərov deyib.

O bildirib ki, Amnistiya ilə bağlı azadlığa çıxan məhkumların cəmiyyətə adaptasiyası ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məşğul olur: “Bildiyim qədər bununla bağlı bu mərkəz Mərəzədə yerləşir. Reabilitasiya və adaptasiya prosesi çərçivəsində həmin məhkumlar müraciət edərək zəruri yardımlar ala bilərlər. Eyni zamanda hər bir azadlığa çıxan məhkumun əməkhaqqının 4 miqdarı qədər yardım edilməsi var. Hər bir məhkum dövlətin diqqət mərkəzində saxlanılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR