Masallıda irigövdəli ağacın budaqları qırılaraq avtomobilin üstünə düşüb, elektrik və rabitə xətləri qırılıb - FOTO - VİDEO - YENİLƏNİB

Masallıda irigövdəli ağacın budaqları qırılaraq avtomobilin üstünə düşüb, elektrik və rabitə xətləri qırılıb - FOTO  - VİDEO  - YENİLƏNİB
# 30 iyun 2021 17:40 (UTC +04:00)

Masallıda irigövdəli ağacın budaqları qırılaraq maşının üzərinə düşüb, təsərrüfata ziyan dəyib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Boradigah-Lənkəran yolunun Türkoba kəndindən keçən hissəsində baş verib. Külək nəticəsində irigövdəli ağacın budaqları qoparaq yaxınlıqda olan "Mercedes" markalı avtomobilin üstünə düşüb. Nəticədə avtomobil deformasiyaya uğrayıb. Bundan əlavə həmin ərazidə fəaliyyət göstərən mağazanın dam örtüyünə ziyan dəyib, elektrik və rabitə xətləri qırılıb, xəsarət alan olmayıb.

Kənd sakinləri bildiriblər ki, həmin ağacın təhlükə yarada biləcəyi ilə bağlı əvvəlcədən aidiyyəti qurumlara məlumat veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR