Mayın 17-dən koronavirusa yoluxan şagird və müəllimlərin sayı açıqlanıb

Mayın 17-dən koronavirusa yoluxan şagird və müəllimlərin sayı açıqlanıb

© APA | Təhsil Nazirliyi

# 08 iyun 2021 17:27 (UTC +04:00)

Mayın 17-dən 5 iyun tarixinədək Sumqayıt şəhərində 14 şagirdin, Gəncə şəhərində 1 şagirdin və Abşeron rayonunda 2 şagirdin hərarəti olub.

Bu barədə APA-ya Təhsil Nazirliyindən bildirilib. Həmin dövr ərzində hərarəti yüksək olan işçi heyəti qeydə alınmayıb.

Mayın 17-dən bu günə kimi Sumqayıt şəhərində 19 şagird və 9 işçi heyətinin, Şəki şəhərində 1 şagird və 1 işçi heyətinin, Gəncə şəhərində 11 şagird və 1 işçi heyətinin, Abşeron rayonunda isə 10 şagird və 8 işçi heyətinin COVİD-19 analizinin nəticəsi müsbət çıxıb. Həmin müddət ərzində qeyd olunan ərazilərdə distant təhsilə keçirilən məktəb olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR