“Media haqqında” qanun layihəsinin MM-in payız sessiyasının iş planına daxil edilməməsinin səbəbi açıqlanıb

Milli Məclis

© APA | Milli Məclis

# 28 sentyabr 2021 11:47 (UTC +04:00)

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “Media haqqında” qanun layihəsinin parlamentin payız sessiyasının İş planına daxil edilməməsinə aydınlıq gətirib.

Z. Oruc APA-ya açıqlamasında bildirib ki, layihədəki bir-iki maddə ətrafında fərqli fİkirlər var, onların uzlaşdırılması üzərində işlər aparılır: "MEDİA-nın icraçı direktoru Əhməd İsmayılovla bizim komitədə də görüş olmuşdu. Əminik ki, həmin bir-iki maddə üzərində konsensus tapılandan sonra sənədlə bağlı problem qalmayacaq, parlamentdə müzakirəyə çıxarılması mümkün olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR