MEDİA-nın "Təhlükəli bölgələrdə fəaliyyət" mövzusunda jurnalistlər üçün təlimi başa çatıb

MEDİA-nın təlimi

© APA | MEDİA-nın təlimi

# 08 oktyabr 2021 17:13 (UTC +04:00)

Medianın İnkişafı Agentliyinin (MEDİA) təşəbbüsü ilə “Lazarus Training” təşkilatı tərəfindən jurnalistlər üçün keçirilən təlimlər başa çatıb.

APA-xəbər verir ki, təlimlərə müxtəlif media subyektlərinin 40-dək nümayəndəsi qatılıb. Təlimlər iki qrupda keçirilib, qrupların hər birində 20 nəfər iştirak edib.

KİV nümayəndələrinə təhlükəli bölgələrdə fəaliyyət, mina partlayışlarından xilas olma və ilkin tibbi yardım mövzularında təlimlər keçirilib. Təlimin sonunda proqramı uğurla başa vuran jurnalistlər sertifikatla təltif olunublar.

Təlimdə APA-nın əməkdaşı da iştirak edib.

Oktyabrın 4-dən 8-dək davam edən, ingilis dilində təşkil olunan təlimdə jurnalistlər üçün Azərbaycan dilində sinxron tərcümə imkanı yaradılıb.

Qeyd edək ki, İngiltərədə yerləşən “Lazarus Training” təşkilatı müxtəlif qurumlar və şirkətlər üçün ilkin tibbi yardım və tibbi təhsil üzrə təlimlərin keçirilməsi sahəsində ixtisaslaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR