Media nümayəndələri Ağdamda minatəmizləmə işləri ilə tanış olublar- FOTO

Ağdamda minatəmizləmə işləri ilə bağlı media-tur

© APA | Ağdamda minatəmizləmə işləri ilə bağlı media-tur

# 03 dekabr 2021 13:24 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin istehkam qrupları işğaldan azad olunan ərazilərdə minatəmizləmə əməliyyatlarını davam etdirir.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, FHN minatəmizləmə əməliyyatları ilə bağlı media-tur təşkil edib. Media-tur iştirakçıları ilk olaraq Ağdam rayon Maqsudlu kəndində aparılan minatəmizləmə işləri ilə tanış olub.

FHN rəsmiləri tur iştirakçılarına bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra ərazilərin minalardan, partlamamış hərbi sursatlardan və digər müharibə qalıqlarından təmizləməsi prosesinə digər dövlət qurumları ilə yanaşı Xüsusi Riskli Xilasetmə Xidmətinin minaaxtaran qrupları da cəlb olunub. 2021-ci ilin yanvar ayından başlayan əməliyyatlar əsasən Ağdam və Füzuli rayonu istiqamətində - kənd və qəsəbələrdə, eləcə də içməli su hövzələrinin kənar ərazilərində aparılır.

FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin istehkam qruplarının minatəmizləmə əməliyyatlarında ilk dəfə itlərdən istifadə edildiyi də bildirilib. Hazırda Ağdam rayonu ərazisində su hövzələrinin, çay və kanalların ətraflarında aparılan minatətəmizləmə işlərində itlərdən də istifadə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR