Media-tur iştirakçıları erməni vandallığının qurbanı olan Qiyaslı məscidində olublar

Qiyaslı məscidi

© APA | Qiyaslı məscidi

# 04 iyun 2021 16:22 (UTC +04:00)

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən Ağdam şəhərinə təşkil olunmuş media-tur çərçivəsində jurnalistlər Ağdam rayonu Qiyaslı kənd məscidinə baş çəkiblər.

APA-nın media-turda iştirak edən əməkdaşı xəbər verir ki, məscidə baxış keçirilib, ermənilərin burada törətdiyi vandallıq əməlləri barədə məlumat verilib, tədbir iştirakçıları bu əməllərin əlamətlərini öz gözləri ilə görüblər.

Ermənilər buranı işğal altında saxladığı müddətində məscidi dağıdıb, minarələrini uçurub. İşğal altında olan digər yerlərdə olduğu kimi bu ibadətgahda da heyvan saxlayan ermənilər ərazini tərk edəndə məscidi yandırıblar.

XVIII əsrə aid olan məscid 2001-ci ildən yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına götürülüb.

Qeyd edək ki, media-turun məqsədi mədəni irsin vəziyyəti ilə tanış olmaqdır.

Səfərdə media nümayəndələri ilə yanaşı, Əqli Mülkiyyət Agentliyi, Azərbaycan Turizm Agentliyi, Bakı Beynəlxalq Multikultralizm Mərkəzi və digər dövlət qurumlarının əməkdaşları, arxeoloqlar iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR