Məhkəmədə üzrsüz səbəbdən sübutu təqdim etməyənlərin cəriməsi 10 dəfəyədək artırılır

Məhkəmədə üzrsüz səbəbdən sübutu təqdim etməyənlərin cəriməsi 10 dəfəyədək artırılır
# 24 iyun 2021 11:13 (UTC +04:00)

Tələb olunan sübutu təqdim etmək vəzifəsi məhkəmə tərəfindən üzrsüz hesab edilən səbəblərə görə yerinə yetirilmədikdə, sübutların olduğu şəxs 2000 manatadək miqdarda cərimə olunacaq.

APA-nın məlumatına görə, bu, Milli Məclisin iyunun 25-də keçiriləcək iclasının gündəliyinə daxil edilmiş Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, hazırda bu cərimənin məbləği 220 manatadəkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR