Mehman Səfərov: “Son 3 ildə 658 hektar torpaq sahəsi Meşə Fonduna qaytarılıb”

Mehman Səfərov: “Son 3 ildə 658 hektar torpaq sahəsi Meşə Fonduna qaytarılıb”
# 06 iyul 2021 16:17 (UTC +04:00)

“2018-2021-ci illər üzrə ümumilikdə 84 hüquqi və fiziki şəxslə müqavilə bağlanıb”.

APA-nın məlumatına görə, bunu Meşələrin İnkişafı Xidmətinin rəis müavini Mehman Səfərov “Ekspert saatı”nda deyib.

Onun sözlərinə görə, bu müqavilələr nəticəsində 9013 hektar torpaq sahəsi fiziki və hüquqi şəxslərə icarəyə verilib: “10 halda icarəyə verilmiş torpaqlarla bağlı müqaviləyə xitam verilib. Bunlard a müqavilə şərtlərinin pozulduğu tələblərə əməl olunmadığına görə olub. Ümumilikdə 658 hektar torpaq sahəsinin müqaviləsinə xitam verilib və təkrar Meşə Fonduna qaytarılması təmin olunub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR