Mehriban Vəliyeva: ""Yay məktəbi"nin müddətinin uzadılması hələ dəqiq deyil"

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva

© APA | Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva

# 17 iyun 2021 10:18 (UTC +04:00)

"Yay məktəbi ilə bağlı qərar 16-30 iyun tarixləri üçün nəzərdə tutulub".

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.

O bildirib ki, müəllimlər əsasən iyul-avqust aylarında məzuniyyətdə olurlar: "Ona görə "Yay məktəbi"nin uzadılması məsələsi hələ dəqiq deyil. Ola bilər ki, Təhsil Nazirliyi tərəfindən bu qərar verilsin. Amma güman etmirəm".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR