Məktəb Lisey Kompleksi bağlanıb, 12 şagird və 3 müəllimdə koronavirus aşkarlanıb - YENİLƏNİB

Məktəb-Lisey Kompleksi

© APA | Məktəb-Lisey Kompleksi

# 12 noyabr 2021 16:48 (UTC +04:00)

Paytaxtdakı Məktəb Lisey Kompleksinin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Belə ki, Məktəb Lisey Kompleksinin 12 şagirdi və 3 müəlliminin COVİD-19 infeksiyasına yoluxması təsdiq olunub. Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında Məktəb Lisey Kompleksində əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub. Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və mütəmadi olaraq monitorinqlər aparılır.

***

13:53

Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb.

APA-nın əldə etdiyi məlumata görə, koronavurusa yoluxan müəllim və şagirdlərin çoxluğuna görə Məktəb Lisey Kompleksində noyabrın 12-dən dərslərin iki həftə ərzində distant keçirilməsi qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR