Məktəblərdə xüsusi karantin rejimi dövründə idman zalları, kitabxana və hovuzdan istifadəyə icazə verilib

Məktəblərdə xüsusi karantin rejimi dövründə idman zalları, kitabxana və hovuzdan istifadəyə icazə verilib
# 22 sentyabr 2021 10:41 (UTC +04:00)

Təhsil müəssisələrində xüsusi karantin rejimi dövründə idman, akt zallarından, kitabxana və hovuzdan sanitariya və gigiyena qaydalarına riayət olunmaqla və sosial məsafə gözlənilməklə, habelə istifadəçi sayı məhdudlaşdırılmaqla istifadə edilə biləcək.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, bundan əvvəl təhsil müəssisələrində xüsusi karantin rejimi dövründə idman və akt zallarından, kitabxana və hovuzdan istifadə dayandırılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR