Məleykə Abbaszadə: "Kolleclərə ixtisas seçimi ikinci mərhələdə aparılacaq"

DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə

© APA | DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə

# 23 avqust 2021 15:38 (UTC +04:00)

“İndi ixtisas seçimi yalnız bakalavr üzrə ali təhsil müəssisələrinədir”.

APA-nın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Facebook”da canlı yayımda deyib. O bildirib ki, kolleclərə ixtisas seçimi ikinci mərhələdə aparılacaq: “Birinci mərhələdə qəbul olanlar qeydiyyatdan keçməli olacaqlar. Kolleclərə qəbul olmaq istəyənlər indi seçim edib, kiminsə yerini tutmasın. Bunun üçün kolleclərə ixtisas seçimini gözləsinlər. İndi seçim edib həmin ixtisasa qəbul olsalar və qeydiyyatdan keçsələr, kiminsə yerini tutmuş olacaqlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR