Məleykə Abbaszadə: "Subbakalavrların I və II qruplar üzrə qəbul olma şansı daha yüksəkdir"

DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə

© APA | DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə

# 25 avqust 2021 15:15 (UTC +04:00)

“Subbakalavrların I və II qruplar üzrə ali məktəblərə qəbul olmaq şansı daha yüksəkdir”.

APA-nın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Facebook”da canlı yayımda deyib.

M. Abbaszadə bildirib ki, həmin şəxslər, əsasən, iqtisadiyyat, maliyyə, mühasibat, turizm işinin təşkili, marketinq, menecment, informasiya texnologiyaları, maşın mühəndisliyi, kompüter mühəndisliyi, nəqliyyat mühəndisliyi üzrə qəbul olunublar: “Bu il də həmin ixtisaslar var və subbakalavrların yenə şansı var ki, bu ixtisaslar üzrə qəbul olunsunlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR