Mərkəz: Azərbaycanda hələlik "Omicron" ştammı aşkarlanmayıb

Mərkəz: Azərbaycanda hələlik "Omicron" ştammı aşkarlanmayıb
# 29 noyabr 2021 10:32 (UTC +04:00)

Bütün mutasiyalar və əlaqəli ştammlar üzrə yoxlamalara başlanılıb.

APA-nın məlumatına görə, bunu Milli Hematologiya və Transfuziologiya Mərkəzinin genetika mütəxəssisi Ağa Rza Ağayev bildirib.

O qeyd edib ki, bütün mutasiyalar və əlaqəli ştammlar üzrə yoxlamalara başlanılıb.

A.R.Ağayev bildirib ki, ölkəyə xaricdən daxil olan, həmçinin ölkə ərazisində kluster tipli yoluxma görülən və şübhəli bilinən bütün nümunələr toplanılır və analiz edilir.

Müvafiq yoxlamalarda hələ yeni ştamm aşkarlanmayıb.

Qeyd edək ki, Cənubi Afrika Respublikasında koronavirusun yeni ştammı aşkarlanıb. ÜST-ün "Omicron" adı verdiyi ştamm artıq bir neçə Avropa ölkəsində də yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR