Məscidlərdə pandemiya qaydalarına əməl edilməsi ilə bağlı monitorinqlərə başlanılıb

Məsçiddə dua edənlər

© APA | Məsçiddə dua edənlər

# 21 iyun 2021 10:37 (UTC +04:00)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı pandemiya dövründə məscidlərin fəaliyyətinə münasibət bildirib.

APA-nın məlumatına görə, Komitə sədri deyib ki, DQİDK məscidlərdə pandemiya qaydalarına əməl edilməsi ilə bağlı monitorinqlərə başlayıb: "Ölkədə dini konfessiyalarla birlikdə ibadətlərin yerinə yetirilməsinə şərait yaradılmasında köməklik göstərilir. Bütün ibadət yerlərində qəbul edilmiş qaydalara əməl edilir. Bu, belə də olmalıdır. Nəzərə almalıyıq ki, bütün məhdudiyyətlər müvəqqətidir. Mömin insanlar bu məhdudiyyətlərin zəruriliyini başa düşür".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR