“Qısa müddətdə meşələrin elektron mühafizə sistemi yaradılacaq”.
APA-nın məlumatına görə, bunu “Ekspert saatı”nda ETSN-in Meşələrin İnkişafı Xidmətinin rəis müavini Mehman Səfərov deyib. O bildirib ki, meşələrdə müşahidə kameralarının quraşdırılmasına əvvəlki illərdə başlanıb: “Bu prosesi daha innovativ sistemə keçirməyi planlaşdırırıq. Yəqin ki, qısa müddətdə meşələrin elektron idarə olunması üçün əməli tədbirlər görüləcək”.