“Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı 320-yə çatıb

“Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı 320-yə çatıb
# 30 iyul 2021 11:42 (UTC +04:00)

Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədi daşıyan “Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı artıq 320-yə çatıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilnə məlumata görə, onlardan 140-ı dövlət, qalanları özəl müəssisələrdir. Həmin işəgötürənlərin 193-ü xidmət, 96-sı emal, 19-u kənd təsərrüfatı, 12-si tikinti sahəsinə aiddir.

Marafona qoşulan işəgötürənlər tərəfindən təqdim edilən vakansiyaların sayı isə 1386-ya çatıb.

Təqdim edilən vakansiyalar üzrə artıq 321 nəfər, o cümlədən 83 şəhid ailəsi üzvü və 238 qazi münasib işlərlə təmin olunublar. İşə cəlb olunanlar arasında 18-29 yaş arası şəxslər üstünlük təşkil edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan marafona qoşulmaq istəyən işəgötürənlər vakansiyaları https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla göndərə bilərlər.

Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlarımız isə layihə çərçivəsində işlə təmin olunmaq üçün https://dma.gov.az/layiheler/mesgulluq-marafonulinkinə daxil olaraq özləri haqqında məlumatları qeyd edərək müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR