Mikayıl Cabbarov: "İnnovativ iqtisadiyyatın qurulması təhsil sistemi ilə birbaşa bağlıdır"

Mikayıl Cabbarov: "İnnovativ iqtisadiyyatın qurulması təhsil sistemi ilə birbaşa bağlıdır"
# 02 iyun 2021 10:04 (UTC +04:00)

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ölkənin təhsil naziri Emin Əmrullayevlə görüşüb.

"APA-Economics" xəbər verir ki, bu barədə nazir M. Cabbarov "Twitter" hesabında yazıb.

Nazir bildirib ki, görüşdə iqtisadiyyat və təhsil sahələri arasında inteqrasiyanın dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb.

"İnnovativ iqtisadiyyatın qurulması təhsil sistemi ilə birbaşa bağlıdır. Azərbaycanın ali təhsil müəssisələri, peşə məktəbləri, liseylər və məktəbləri, uşaq bağçaları innovativ iqtisadiyyata keçid üçün alternativsiz bazadır", - nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR