Milli Mətbuat və Jurnalistika Gününə həsr olunan tədbir keçirilib - FOTO - VİDEO - YENİLƏNİB

Milli Mətbuat və Jurnalistika Gününə həsr olunan tədbir keçirilib - FOTO  - VİDEO  -  YENİLƏNİB
# 22 iyul 2021 21:50 (UTC +04:00)

Mətnə video əlavə olunub.


***


20:03

Bu gün Dənizkənarı Milli Parkda Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Milli Mətbuat və Jurnalistika Gününə həsr olunan tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə əvvəlcə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra qalib ölkənin mediasını özündə əks etdirən “Milli Mətbuat Günü-146 il” adlı video-çarx nümayiş olunub.

Tədbirdə çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, 146 illik Azərbaycan mətbuatı böyük və şərəfli inkişaf yolu keçiB, bütün dövrlərdə qabaqcıl ictimai ideyaların carçısı olub.

Mətbuat Şurasının sədri Əflatun Amaşov isə çıxışında vurğulayıb ki, 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi “Əkinçi” qəzetini nəşr etdirməklə xalqı maarifləndirmək, onu dünyada baş verən ictimai-siyasi, mədəni, iqtisadi inkişafla tanış etmək məqsədini qarşıya qoyub.

Sonra MEDİA Agentliyi və İctimai Televiziya və Radio Yayımları Şirkətinin birgə hazırladığı “Əkinçinin doğru sözü” adlı sənədli filminin treyleri nümayiş olunub. İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş Direktor müavini Murad Hüseynov tədbir iştirakçılarına film haqqında məlumat verib.

Tədbirdə Media Agentliyinin şöbə müdiri Natiq Məmmədli “Mətbuat inciləri” jurnalının təqdimatını da edib. Həmçinin MEDİA tərəfindən təşkil olunan fərdi jurnalist müsabiqəsi haqqında məlumatlar qonaqların diqqətinə çatdırılıb.

“Mətbuat inciləri” jurnalına həsr olunan video-çarxın nümayişindən sonra tədbir iştirakçıları sərgiylə tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR