Minimum əməkhaqqı və ÜDSY-nin artırılması 1 milyon 600 min vətəndaşın rifahını yaxşılaşdıracaq

Minimum əməkhaqqı və ÜDSY-nin artırılması 1 milyon 600 min vətəndaşın rifahını yaxşılaşdıracaq
# 05 noyabr 2021 11:37 (UTC +04:00)

Minimum aylıq əməkhaqqının və ünvanlı dövlət sosial yardımının artırılmasından sonra ölkədə 1 milyon 600 min nəfər vətəndaşın və onların ailə üzvlərinin sosial rifahı daha da yaxşılaşdırılacaq.

APA-nın məlumatına görə, bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, sosialyönümlü xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 46,4% təşkil edəcək. Bu da 2021-ci ilin proqnozu ilə müqayisədə 3,6 faiz bənd çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR