MİQ müsabiqəsi üzrə apellyasiya müsahibələrinin keçiriləcəyi tarix açıqlanıb

MİQ müsabiqəsi üzrə apellyasiya müsahibələrinin keçiriləcəyi tarix açıqlanıb
# 04 sentyabr 2021 10:31 (UTC +04:00)

Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə apellyasiya müsahibələrinin keçiriləcəyi tarix barədə məlumatlar namizədlərin şəxsi səhifələrinə göndərilib.

Bu barədə APA-ya Təhsil Nazirliyindən bildirilib.

Məlumata görə, apellyasiyaya müraciət etmiş namizədlər üçün müsahibələr 8-9 sentyabr tarixlərində, onlayn formatda və Microsoft Teams platforması üzərindən təşkil olunacaq.

Müsahibə linki namizədlərin şəxsi səhifələrində qeyd olunan tarixdən bir gün əvvəl elektron poçt ünvanlarına göndəriləcək.

Namizədlərə müsahibəyə qoşulmaq üçün şəxsi səhifələrinə yerləşdirilmiş videotəlimatla tanış olmaq tövsiyə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR