MİQ müsabiqəsində 4 fənn üzrə vakansiya seçiminin nəticələri açıqlanıb

MİQ müsabiqəsində 4 fənn üzrə vakansiya seçiminin nəticələri açıqlanıb
# 17 avqust 2021 18:04 (UTC +04:00)

11-14 avqust tarixlərində keçirilən müəllimlərin işə qəbulu müsabiqəsi üzrə vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, Azərbaycan dili və ədəbiyyat, coğrafiya, ibtidai sinif və tarix fənləri üzrə vakansiya seçimlərində 939 namizəd uğur qazanıb. Seçimlərdə uğur qazanmış namizədlər üçün 18 avqustdan etibarən müsahibə mərhələsinə başlanılacaq. Namizədlər aşağıdakı link vasitəsi ilə müsahibə mövzuları ilə tanış ola bilərlər: https://miq.edu.az/movzular

Qeyd edək ki, namizədlər şəxsi səhifələrində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədlərin müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR