MM komitə sədri: “Birinci Qarabağ müharibəsi əlillərinin mənzil-məişət problemlərinin həllinə ehtiyac var”

MM komitə sədri: “Birinci Qarabağ müharibəsi əlillərinin mənzil-məişət problemlərinin həllinə ehtiyac var”
# 30 sentyabr 2021 16:38 (UTC +04:00)

“Birinci Qarabağ müharibəsi əlillərinin mənzil-məişət problemlərinin həllinə ehtiyac var”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Parlamentin komitə sədri bildirib ki, bu işə məsul orqan müəyyənləşdirilməlidir: “Əvvəl bu sahədə məsul orqan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi idi. İndi bu sahədə məsul orqan yerli icra hakimiyyəti orqanlarıdır. Onlar da bu işi bəzən öz vəsaiti hesabına edirlər, bəzən etmirlər, problemlər bundan qaynaqlanır. Şəhid ailələri və Qarabağ qaziləriylə bağlı Əmək və sosial siyasət komitəsində dinləmə keçirilməsi də nəzərdə tutulub. Bu komitənin iş planına da daxil edilib. Dinləmələtə deputatlar də qatıla bilər. Eyni zamanda oktyabr ayında YAP Aparatında şəhid və qazilərlə bağlı geniş müzakirələr keçiriləcək”.

Spiker Sahibə Qafarova isə qeyd edib ki, bu dinləmələrə həm komitə sədrləri, həm də deputatları da dəvət edin: “Çünki bu çox həssas məsələdir. Hər birimiz bununla bağlı müraciətlər alırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR