MM komitə sədri süni mayalanmanın icbari tibbi sığorta paketinə daxil olunmasını təklif edib

Qənirə Paşayeva, Milli Məclisin Mədəniyyət komitəsinin sədri

© APA | Qənirə Paşayeva, Milli Məclisin Mədəniyyət komitəsinin sədri

# 30 sentyabr 2021 13:17 (UTC +04:00)

“Alimentlərlə bağlı icra olunmayan məhkəmə qərarlarının sayı getdikcə artır”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin 2021-ci il payız sessiyasının qanunvericilik işləri planının müzakirəsi zamanı Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.
Q. Paşayeva bildirib ki, bu halda uşaqlar əziyyət çəkir, qurban olur: “Alimentlərlə bağlı məhkəmə qərarlarının icrası prosesinə yenidən baxılmalıdır. Biz çox acınacaqlı durumlarla üzləşirik. Bu məsələ ilə bağlı dinləmə keçirə biləriksə, keçirək’.
Parlamentin komitə sədri icbari tibbi sığorta ilə bağlı da problem olduğunu vurğulayıb: “Artıq sonsuzluq getdikcə artır. Heç olmasa bir ailə dövlət hesabına bir dəfə süni mayalanma edə bilsin. Qanunun müzakirəsi zamanı cəmiyyətə də bu məsələnin paketə daxil olacağı açıqlanmışdı, amma icbari tibbi sığorta paketinə daxil edilməyib. Limitlə də olsa, bu məsələ paketə daxil edilməlidir. Müvafiq qurumu da bu məsələyə yenidən baxmağa çağırırıq. Övlada görə dağılmaq üzrə olan ailələrin sayı da yüzlərlədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR