MTRŞ və MEDİA "Media haqqında" qanun layihəsinin təqdimatını keçirib - VİDEO

MTRŞ və MEDİA "Media haqqında" qanun layihəsinin təqdimatını keçirib - VİDEO
# 02 iyul 2021 17:04 (UTC +04:00)

Milli Televiziya və Radio Şurası və Medianın İnkişafı Agentliyi ümumölkə televiziya kanallarının rəhbərləri üçün yeni "Media haqqında" qanun layihəsinin təqdimatını keçiriblər.

MTRŞ-dan APA-ya bildirilib ki, Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov və Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov tədbir iştirakçılarını salamlayıb və media sahəsində son zamanlar aparılan islahatlardan danışıblar.

Daha sonra Medianın İnkişafı Agentliyinin departament müdiri Rəqsanə Kərimova və Milli Televiziya və Radio Şurasının Aparat rəhbəri Fazil Novruzov "Media haqqında" qanun layihəsi ilə bağlı təqdimatlarla çıxış ediblər. Təqdimatlardan sonra qanun layihəsinin müxtəlif bəndləri ilə bağlı geniş müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallara cavab verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR