Müdafiə Sənayesi Nazirliyinin yubiley medalı təsis edilir

Müdafiə Sənayesi Nazirliyinin medalı

© APA | Müdafiə Sənayesi Nazirliyinin medalı

# 05 noyabr 2021 13:46 (UTC +04:00)

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) 15 illiyi (2005-2020) münasibətilə yubiley medalı təsis ediləcək.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalının və “Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə medalı da təsis edilir.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR