Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üçün vakansiya seçimi başa çatıb

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üçün vakansiya seçimi başa çatıb
# 26 avqust 2021 11:06 (UTC +04:00)

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üçün vakansiya seçimi başa çatıb.

APA-nın məlumatına görə, vakansiya seçiminə avqustun 26-da start verilmişdi.

Vakansiya seçimi zamanı namizədlərə 4 vakant yer seçmək hüququ verilib.

Qeyd edək ki, yeni yaranan, əvvəlki turlarda tutulmayan vakant yerlər növbəti turlarda da vakansiyaya çıxarılacaq. Həmçinin tədris ili ərzində yaranan vakant yerlərə əlavə yerləşdirmə həyata keçiriləcək. Namizədlərə vakansiya seçimi zamanı bu məqamı nəzərə almaq tövsiyə olunur.
Müsabiqənin müddətli müqavilə ilə işə qəbul turlarında vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti turlarda iştirakı təmin olunmayacaq.
Müddətli müqavilə ilə vakant yerlərə işə qəbul edilmiş şəxslər üçün tədris ili ərzində daimiləşmə müsabiqəsinin həyata keçirilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR