Müəllimlərin işə qəbulu üzrə sənəd qəbulu bu gün başa çatır

Müəllimlərin işə qəbulu üzrə sənəd qəbulu bu gün başa çatır

© APA | Təhsil Nazirliyi

# 11 iyun 2021 09:00 (UTC +04:00)

Bu gün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu prosesi yekunlaşacaq.

Nazirlikdən APA-ya verilən məlumata görə, namizədlər 11 iyun saat 23:59-dək miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Müsabiqədə ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi (diplom) almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər. Eyni zamanda, müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrində pedaqoji ixtisaslar üzrə təhsil alan sonuncu kurs tələbələri iştirak edə bilərlər.

Test imtahanı mərhələsində iştirak edəcək şəxslərdən COVID-19 peyvəndi ilə bağlı sənəd tələb olunmayacaq. Müsabiqənin növbəti mərhələlərində sözügedən sənəd tələb olunacağı təqdirdə namizədlərə əvvəlcədən məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR