Mülki müdafiə işinə dair təlim-metodiki toplantı keçirilib

Mülki müdafiə işinə dair təlim-metodiki toplantı

© APA | Mülki müdafiə işinə dair təlim-metodiki toplantı

# 07 iyul 2021 20:05 (UTC +04:00)

FHN-in Qarabağ Regional Mərkəzində Nazirliyin Mülki müdafiə işinin təşkili Baş idarəsinin təşkilatçılığı ilə Mərkəzin Mülki müdafiə idarəsinin, həmin idarənin aidiyyəti şöbələrinin, eləcə də rayon icra hakimiyyətlərinin mülki müdafiə üzrə vəzifələrin icrası həvalə edilmiş əməkdaşları ilə təlim-metodiki toplantı keçirilib.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib. Məlumata görə, toplantıda FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsi tərəfindən regional mərkəzlərə göndərilmiş nümunəvi plan əsasında şəhər və rayonların mülki müdafiə planlarının yenilənməsi və yerlərdə mülki müdafiə işinin təşkili ilə bağlı metodiki köməklik göstərilib, mövzu ətrafında suallar cavablandırılıb.

Qeyd edək ki, FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsi tərəfindən şəhər və rayonların mülki müdafiə planlarının yenilənməsi ilə əlaqədar olaraq bundan əvvəl Bakı, Gəncə, Şimal-qərb və Cənub Regional mərkəzlərində yerli icra hakimiyyətlərinin nümayəndələrinin iştirakı ilə toplantılar keçirilib. Tədbirlərin digər regional mərkəzlərdə də davam etdirilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR