Musa Quliyev: “Əlilliyə görə pensiya alanların sayında azalma aparılan şəffaflaşdırma ilə bağlıdır”

Musa Quliyev

© APA | Musa Quliyev

# 12 noyabr 2021 15:25 (UTC +04:00)

“2022-ci ildə əmək pensiyalarının məbləği 343 manat, yaşa görə isə 372 manat təşkil edəcək”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitə sədri Musa Quliyev deyib.

Komitə sədri bildirib ki, növbəti ildə ailə başçısını itirməyə görə pensiyanın 298 manata çatdırılması göstərilir: “Əlilliyə görə pensiya alanların sayında olan azalma son illərdə bu sahədə aparılan şəffaflaşdırma işləri ilə bağlıdır. Fondun ümumi xərclərinin 3,4%-ə qədər vəsaiti müavinətlərin (3 yaşa qədər uşağa görə verilən, dəfn xərcləri, hamiləliyə görə verilən müavinət və s). verilməsi üçün nəzərdə tutulub”.

Komitə sədri təklif edib ki, DSMF-nin və digər büdcədən kənar təşkilatların büdcəsinin icrası barədə məlumat verilsin: “DSMF-nin sərbəst vəsaitlərinin maliyyələşdirilməsi üçün hesablanmış, lakin dövlət büdcəsindən alınmamış vəsaitlər üçün müvafiq tədbirlər görülsün. Şəhid ailələri və qazilərin ölkədə təmsil olunan bütün sanatoriya və kurort yerlərində müalicə keçməsi üçün həmkarlar ittifaqı komitəsi ilə əlaqələr genişləndirilsin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR