Mütəxəssis böyrək daşı xəstəliyinin yaranma səbəblərini açıqlayıb

Mütəxəssis böyrək daşı xəstəliyinin yaranma səbəblərini açıqlayıb

© APA | Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının doktorantı Araz İbrahimo

# 04 avqust 2021 15:36 (UTC +04:00)

“Böyrək daşı xəstəliyi müxtəlif səbəblərdən yarana bilər”.

APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin “İnstagram” səhifəsindəki canlı yayımda Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının doktorantı Araz İbrahimov bildirib.

Onun sözlərinə görə, burada fenetik faktor da var, valideynlərin birinin və ya hər ikisinin də böyrəyində daş varsa, bu şəxslərin övladları vaxtaşırı yoxlamadan keçməlidir: “İkinci əsas anomlaiyalardır, böyrəyin quruluşu, yerinin fərqli olması ilə bağlı böyrəklərlə bağlıdır. Uşaqlarda böyrəyin inkişafı ilə bağlı bəzi qüsurlar ola bilər”.

A. İbrahimov bildirib ki, üçüncü ən əsası həyat tərzimizdir: “Yəni, qidalar və hərəkətlilik məsələsidir. Sidik yollarının iltihabı zamanı da daş yaranmasına səbəb olur, eyni zamanda çox D vitamini qəbulu, bir də bağırsaq xəstəlikləri də bu xəstəliyə səbəb ola bilər”.

Mütəxəssis deyib ki, bağırsaq əməliyyatı keçirənlərin 5-10 faizində böyrək daşı yaranır: “Qalxanvari xəstəlikləri olanlarda da daş yarana bilər. Onkoloji xəstəliyin müalicəsi zamanı istifadə olunan antibiotik və ağrıkəsicilər də daş yaranmasına səbəb ola bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR