Mütəxəssis: “Hamiləlikdə daş yaranma riski çox deyil”

Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının doktorantı Araz İbrahimov

© APA | Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının doktorantı Araz İbrahimov

# 04 avqust 2021 15:26 (UTC +04:00)

“Hamiləlikdə daş yaranma riski çox deyil".

APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin “İnstagram” səhifəsindəki canlı yayımda Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının doktorantı Araz İbrahimov bildirib.

Onun sözlərinə görə, hamiləlikdən əvvəl mütləq böyrəklər yoxlanmalıdır: “Çünki hamiləlikdə hər dərmanı verə bilmirik. Hər müayinəni də keçirə bilmirik. Ən çox 7-ci ayda, 28-35-ci həftələrdə böyrək problemi üzə çıxa bilər. Müraciət edəni sidik analizi və böyrək müayinəsi ilə yoxlayırıq. Burada sadəcə düşündüyümüz o olur ki, hamiləliyi sağlam şəkildə sona çatdıra bilək. Uşaq doğulandan sonra böyrək daşı müalicə oluna bilər”.

Uşaqların tez-tez sidiyə getmə səbəbinə gəldikdə, A.İbrahimov bildirib ki, bunun səbəblərindən biri sinir sistemidir: “Bunun üçün sadəcə sidiyin ümumi analizi götürülür və səbəbini öyrənə bilərik. Anadangəlmə şəkər xəstəliyi olan uşaqlarda da tez-tez sidiyə getmə ola bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR