"Nar"ın baş sponsorluğu ilə Azərbaycan çempionu titulu uğrunda yarış başlayır

"Nar"ın baş sponsorluğu ilə Azərbaycan çempionu titulu uğrunda yarış başlayır
# 01 oktyabr 2021 15:34 (UTC +04:00)

“Nar”ın baş sponsorluğu ilə ölkənin ən baxımlı intellektual yarışı olan “Breyn Rinq”in 18-ci mövsümü start götürür.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, bilik yarışının builki mövsümündə respublikanın 6 bölgəsi və 6 ali məktəbini təmsil edən 16 seçilmiş komanda olimpiya sistemi üzrə “Bilik” kuboku uğrunda mübarizə aparacaq. “Bilik” kubokunu qazanan komanda isə ötən mövsüm qalib olmuş “Nar” komandası ilə “Breyn Rinq 2021” Azərbaycan çempionu titulu uğrunda mübarizə aparacaq. Oktyabrın 1-dən start götürəcək yarış hər həftənin cümə günü saat 19:20-də İctimai Televiziyada yayımlanacaq. Qeyd edək ki, mobil operator builki mövsümdə də “Nar” və işğaldan azad edilmiş bölgələrin intellektuallarının birləşdiyi “Qarabağ” komandalarını dəstəkləyəcək.

Televiziya tamaşaçılarını da yarışa cəlb etmək məqsədilə, bu il də “Nar”ın “Twitter” səhifəsində yarış keçiriləcək. Hər zaman gənclərin intellektual inkişafına xüsusi önəm verən “Nar”, artıq 9 ildir ki, “Breyn Rinq” intellektual yarışının baş sponsorudur. “Nar”ın digər layihələri haqqında ətraflı nar.az səhifəsində tanış olmaq olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR