Narkoloji Mərkəz: Bir narkotik istifadəçisi 2-4 nəfəri aludəçi edə bilir

Orxan Cəfərov

© APA | Orxan Cəfərov

# 08 dekabr 2021 15:39 (UTC +04:00)

Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov insanların narkotik istifadəçisinə çevrilməsinin səbəblərini açıqlayıb.

APA-nın məlumatına görə, Səhiyyə Nazirliyinin “İnstagram” səhifəsində “Narkomaniya ilə mübarizə" mövzusunda canlı yayımda o deyib ki, buna natamamlıq, ailə münasibətləri, boşanmalar təsir göstərir.

“Azyaşlıların narkotikdən istifadəyə başlamasına uşaqlara nəzarətin az olması, onlara verilən pulun necə istifadə edilməsi barədə məlumat alınmaması və s. səbəb olur. Orta hesabla, dünyada 1 narkotik istifadəçisi 2-4 nəfəri aludəçi edə bilir”, - baş direktor vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR