Narkoloji Mərkəzin baş direktoru: "Psixotrop maddələrin istifadəsi gəncləşib”

Narkoloji Mərkəzin baş direktoru: "Psixotrop maddələrin istifadəsi gəncləşib”
# 14 iyul 2021 15:12 (UTC +04:00)

“Son zamanlar psixotrop maddələrin istifadəsi gəncləşib”.

APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov "Narkomaniya ilə mübarizə" mövzusunda çıxışında deyib.

O bildirib ki, gənc yaşlarda psixotrop maddələrin istifadəsinə başladıqda ağır narkotik maddələrə keçid tez baş verir: “Marixuana psixi xəstəlik olan şizofreniyaya belə təkan verir. Gənc yaşlarda bu maddədən istifadə edənlər bu haqda heç də məlumatlı olmurlar. Belə maddələr fiziki, psixi asılılıq yaradır”.

Həkim qeyd edib ki, siqaret asılılıq yaradan tütün məmulatıdır: “Onun da müalicəsi ilə vaxtilə narkoloji mərkəzdə məşğul olurdular. Son zamanlar digərləri o qədər artıb ki, bu, bir qədər arxa plana keçib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR