Narkomaniya ilə bağlı cəzalara yenidən baxılması təklif olunur

Narkomaniya ilə bağlı cəzalara yenidən baxılması təklif olunur
# 30 noyabr 2021 12:59 (UTC +04:00)

“Bu gün narkotik istifadəçilərinə pozuntu törədən şəxs kimi deyil, xəstəliyi olan şəxslər kimi baxmalıyıq. Dünya təcrübəsində bu belədir. Buna görə də bizdə onlarla bağlı qanunvericilikdə və məhkəmə təcrübəsində dəyişikliyə yer verməli, könüllü müalicəni təşviq etməliyik. Effektiv sosial reabilitasiya tədbirləri və proqramları həyata keçirilməlidir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri və Səhiyyə komitələrində bu gün keçirilən “Narkomaniya ilə mübarizə ailə sağlamlığının təminatıdır” mövzusunda dinləmədə Ombudsman Aparatı rəhbərinin müavini Rəşid Rumzadə deyib.

O, İnzibati Xətalar Məcəlləsində narkomaniya ilə bağlı məsələyə yenidən baxılmasını təklif edib: “Bu gün kifayət qədər insan var ki, müalicəyə meyllidir. Amma müalicədən boyun qaçıranları İnzibati Xətalar Məcəlləsinə uyğun cərimə edə, yaxud inzibati həbs tətbiq edə bilərik. Biz artıq narkoloji xidmətə alternativləri düşünməliyik. Reabilitasiya mərkəzlərinin sayı çoxalmalıdır. Sosial xidmətlər özü şəxsin cəmiyyətə qazandırılması baxımından mühüm əhəmiyyət kəsb edə bilər”.

Onun sözlərinə görə, eyni zamanda, maarifləndirmə məsələləri içərisində könüllü müayinə məsələləri genişləndirilməlidir: “Cəmiyyətdə insanlaırn bəziləri könüllü müalicədən məlumatsızdır. Bunun onlar üçün nə dərəcə əlçatan olması barədə məlumatlar çox azdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR