Naxçıvan-Gəncə-Naxçıvan reysi fəaliyyətə başlayıb - VİDEO

Naxçıvan-Gəncə-Naxçıvan reysi fəaliyyətə başlayıb - VİDEO
# 16 sentyabr 2021 22:38 (UTC +04:00)

Naxçıvan Beynəlxalq Hava Limanında Beynəlxalq və yerli reyslərin sayı artırılır. Bu tədbirlərin davamı olaraq Rusiya Federasiyasında fəaliyyət göstərən İRAERO aviaşirkəti tərəfindən Naxçıvan-Gəncə-Naxçıvan istiqaməti üzrə ilk reys həyata keçirilib.

APA xəbər verir ki, ilk uçuşu sentyabrın 16-da həyata keçirilən bu reys həftədə 1 dəfə cümə axşamı yerinə yetiriləcək.

Reysin uçuş müddəti 40 dəqiqədir. Naxçıvandan uçuş 16:10-da, Gəncədən isə 18-10-da baş tutacaq. Sərnişinlərin nəzərinə çatdırmaq istəyirik ki, bu reysə bilet almaq istəyənlər Naxçıvan şəhərində və Ordubad rayonunda yerləşən aviakassalardan bilet əldə edə bilər.

Naxçıvan televiziyasının əməkdaşları bununla bağlı videomaterial hazırlayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR