"Naxçıvan Xalça və İplik İstehsalı Müəssisəsi" MMC yaradılıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov

© APA | Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov

# 24 noyabr 2021 15:31 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov noyabrın 24-də “Naxçıvan Xalça və İplik İstehsalı Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında Sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Sərəncama əsasən, “Naxçıvan Xalça və İplik İstehsalı Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi aidiyyəti dövlət orqanları ilə birlikdə “Naxçıvan Xalça və İplik İstehsalı Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətinin təşkili üçün zəruri tədbirlər görəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR