Nazir: “300 manat yerinə 3000 manat pensiya ödənişi edilir, sonradan texniki xətaya görə 1 manat çıxılırdı”

Sahil Babayev

© APA | Sahil Babayev

# 12 noyabr 2021 16:09 (UTC +04:00)

“Əvvəllər bank kartları kimi maliyyə kağızları var idi. Burada çox geniş sui-istifadə halları var idi”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, belə hallarla bütün rayonlarda rast gəlinib: “Pensiya ödənişi zamanı nöqtə vergülünün yerini dəyişməklə 1 ayda 10 dəfə artıq pensiya ödənilirdi. Sonra texniki xəta kimi göstərilir və səhəri gün texniki xətaya görə 1 manat tutulurdu. Yəni 300 manat pensiya ödənişi yerinə 3000 manat pensiya ödənişi edilirdi, amma texniki xətaya görə 1 manat çıxılırdı. Bununla bağlı ciddi iş aparıldı və maliyyə ödənişlərinin hamısı mərkəzləşdirildi və elektron xəzinə quruldu. Təkcə bundan cari ildə qənaət 10-12 milyon manat ətrafındadır. Digər məsələ sosial ödənişlərin təyinatının mərkəzləşdirilməsi ilə bağlıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR