Nazir: "Azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin maliyyə tutumunun hesablanması üçün işlər gedir"

Samir Sərifov

© APA | Samir Sərifov

# 11 noyabr 2021 14:01 (UTC +04:00)

“Qarabağda soydaşlarımıza vurulan ziyanın qiymətləndirilməsi aparılır. Buna beynəlxalq mütəxəssislər cəlb edilir”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, o cümlədən Azərbaycan Ermənistana qarşı beynəlxalq məhkəmələrdə təqdim olunması üçün iddiaları da formalaşdırır: “İşğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin maliyyə tutumunun hesablanması üçün işlər gedir. Bununla bağlı Prezidentin sərəncamı ilə xüsusi komissiya yaradılıb. Bu komissiya tərəfindən bu işlər yerinə yetiriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR