Nazir beynəlxalq ictimaiyyəti Ermənistanın müharibə cinayətlərini qınamağa çağırıb

Ceyhun Bayramov

© APA | Ceyhun Bayramov

# 09 sentyabr 2021 12:10 (UTC +04:00)

“Dayanıqlı gələcəyin təminatı üçün insanların təhsil hüququ olmalı, təhsilə olan hər növ hücum beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə qınanmalıdır”.

APA-nın xəbərinə görə, bu, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun 9 sentyabr - Təhsilin Hücumlardan Beynəlxalq Müdafiəsi Günü ilə bağlı “Twitter”dəki paylaşımında qeyd edilib.

“Ermənistanın təxribatı nəticəsində həyatı və təhsili yarımçıq qalan övladlarımızı dərin kədərlə yad edirik”, - deyə nazir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR