Nazir əvəzi: "Koronavirus hələ bitməyib, sosial məsafə saxlamağa və maska taxmağa davam etməliyik"

Teymur Musayev

© APA | Teymur Musayev

# 05 noyabr 2021 13:28 (UTC +04:00)

“Başa düşməliyik, koronavirus mutasiyaya uğrayır, müxtəlif ştammları aşkarlanır”.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini icra edən Teymur Musayev bildirib.

O qeyd edib ki, bu, daimi prosesdir, qorxmaq lazım deyil: “Sadəcə hazırlıqlı olmalı və anlamalıyıq ki, xəstəlik hələ bitməyib. Arxayınlaşmaq lazım deyil. Sosial məsafə saxlamağa və maska taxmağa davam etməliyik. Eyni zamanda vaksinasiya öz yerində, infeksiyanın lokallaşdırılması, bütün epidemioloji təbirlərin aparılması da məcburidir. Xəstə sayı azalanda insanlar arxayınlaşır, adi maska rejiminə riayət etmək istəmirlər, bu isə yenidən xəstə sayında artıma səbəb olur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR