Nazir: “Hədəfimiz ehtiyac meyarı ilə yaşayış minimumu həddinin eyni olmasıdır”

Nazir: “Hədəfimiz ehtiyac meyarı ilə yaşayış minimumu həddinin eyni olmasıdır”
# 10 noyabr 2021 16:15 (UTC +04:00)

“Ehtiyac meyarı və yaşayış minimumu arasında fərqin minimuma çatdırılması üçün işlər gedir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, bu istiqamətdə də addımlar atılır: “2022-ci il üçün bu fərq cəmi 10 manatdır. Nazirlik olaraq hədəfimiz, niyyətimiz və təklifimiz 2023-cü ildə bu rəqəmlərin bərabərləşdirilməsi ilə bağlı olacaq”.

Qeyd edək ki, 2022-ci ildə yaşayış minimumunun həddi 210 manat, ehtiyac meyarının həddinin 200 manat olması təklif edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR