Nazir: "İşğaldan azad edilmiş ərazilərdə sosial infrastrukturun yaradılması üzərində iş aparılır"

Sahil Babayev

© APA | Sahil Babayev

# 18 oktyabr 2021 13:54 (UTC +04:00)

İşğaldan azad olunmuş ərazilərdə sosial infrastrukturun yaradılması üzərində iş aparılır.

APA-nın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Türkiyənin əmək və sosial müdafiə naziri Vedat Bilginlə birgə brifinq zamanı bildirib.

Onun sözlərinə görə, işğaldan azad olunan hər bir ərazidə tam sosial infrastruktur yaradılacaq: "Regional DOST mərkəzləri, ayrıca yaşayış məntəqələrində DOST filialları olacaq. Eyni zamanda, reabilitasiya bərpa mərkəzlərinin, sosial xidmət müəssisələrinin yaradılmasına dair təkliflər aidiyyəti dövlət qurumlarına təqdim edilib. Hər rayonun Baş planı hazırlanan zaman həmin müəssisələr üçün lazımi infrastruktur yaradılacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR