Nazir: "Kredit tələbəyə yox, onun oxuduğu təhsil müəssisəsinə ödəniləcək"

Nazir: "Kredit tələbəyə yox, onun oxuduğu təhsil müəssisəsinə ödəniləcək"

© APA | Təhsil naziri Emin Əmrullayev

# 18 iyun 2021 11:38 (UTC +04:00)

“Himayəçilər Şurası tərəfindən təhsil kretinin yüksək həddi müəyyən ediləcək”.

APA-nın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev mətbuat konfransında bildirib. O deyib ki, kreditin məbləği təhsil haqqı məbləğindən artıq olmayacaq: “Belə də ola bilər ki, təhsil haqqının 80 faizi ödənilsin. Bu, daha çox əlavə kömək üçündür”.

Nazir deyib ki, kredit tələbəyə yox, onun oxuduğu ali və ya orta ixtisas təhsil müəssisəsinə köçürüləcək: “Bu da yenə müzakirə mövzusudur, öz hesabına oxuyan tələbələr təhsil haqqının müəyyən qismini özü ödəyirsə, müəyyən qismini də kreditlə ödəyə bilər”.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR