Nazir: "Məktəb yaşının aşağı salınmasına çalışmalıyıq"

Təhsil naziri Emin Əmrullayev

© APA | Təhsil naziri Emin Əmrullayev

# 01 oktyabr 2021 19:40 (UTC +04:00)

"Erkən uşaq inkişafı və məktəbə tez başlama vacib məsələdir. Uşaqlar 1-5 yaşında bağçaya gedə bilir, bu baxımdan, erkən uşaq təhsili baxımından zəiflik hiss olunur".

APA-nın məlumatına görə, bunu "Təhsildə yeni çağırışlar" II Beynəlxalq Forumunda çıxış edən Təhsil naziri Emin Əmrullayev bildirib. Onun sözlərinə görə, əsas çağırışlardan biri erkən məktəbə başlama yaşı ilə bağlıdır: "Zənnimcə, 6 yaş gecdir. Məktəb yaşının 5-ə qədər azaldılmasına çalışmalıyıq. Sosial-iqtisadi və yaxud məkan baxımından olan məqamları kənara qoyaraq. Bu baxımdan siyasət formalaşdıran tərəflər çalışmalıdılar. Qarşımızda duran ikinci vacib məsələ təhsilin kontenti, məzmunudur. Uşaqları nəyə hazırlayırıq? 10-15 yaşında olan uşaqlar 20-30 ildən sonra soruşacaqlar bizə nə öyrətdiniz, bunun bir faydası varmı, həyatımız necə dəyişdi? Daha yaşlı nəslin ideyaları gənc nəslə nə qədər ötürülür? Biz gələcyi görürükmü? Bu, əsas həlledici suallardan biridir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR