Nazir müavini: "Bəsitçay ətrafında meşə örtüyünün 40 hektarı ermənilər tərəfindən məhv edilib"

Nazir müavini: "Bəsitçay ətrafında meşə örtüyünün 40 hektarı ermənilər tərəfindən məhv edilib"
# 04 iyun 2021 16:00 (UTC +04:00)

“İşğaldan azad olunmuş torpaqlarda xüsusi mühafizə olunan ərazilər var".

APA-nın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Oxçuçayın Ermənistan tərəfindən çirkləndirilməsi və işğaldan azad olunmuş ərazilərdə ekoloji duruma dair mətbuat konfransında deyib.

O bildirib ki, bu ərazilər 70 hektardan çoxdur: "İşğal zamanı bu ərazilərə də ziyan dəyib. Bəsitçay ətrafında olan meşə örtüyünün 40 hektara yaxını məhv edilib. Dəymiş ziyanla bağlı hesablamalar aparılır".

O qeyd edib ki, ekoloji terrorla bağlı beynəlxalq təşkilatlara müraciət olunub: "Təəssüf ki, cavab görmürük. Amma bu məsələləri beynəlxalq arenalarda qaldırmağa davam edəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR