Nazir müavini əhalini vaksinlərlə bağlı feyk xəbərlərdən qaçmağa çağırıb

Nazir müavini əhalini vaksinlərlə bağlı feyk xəbərlərdən qaçmağa çağırıb
# 18 noyabr 2021 13:08 (UTC +04:00)

"Hər bir dövlətin sosialyönümlü prioritet məsələlərindən biri uşaqların sağlamlığının qorunmasıdır".

APA-nın məlumatına görə, bunu səhiyyə nazirinin müavini Rahim Əliyev Uşaqların V Ümumrespublika Forumunda deyib. O bildirib ki, bir çox xəstəliklərin təməli uşaq yaşlarından qoyulur və bu dövrdə onların aşkarlanması, müalicəsi aparılsa, sonrakı dövr üçün ağırlaşmaların, əlilliyin yaranmasının və ölüm faizinin çoxalmasının qarşısını almaq mümkündür. Əhalinin sağlamlıq mədəniyyətinə gəldikdə, peyvəndləmə bəşəriyyəti hər zaman infeksion xəstəliklər bəlasından qurtulmağa gətirib çıxardan proses sayılır. Səhiyyənin ən yüksək nailiyyəti arasında vaksinasiya durur. Digəri isə ana və uşaq ölümlərinin azaldılmasıdır. Hələ pandemiyadan əvvəl ÜST-ün məlumatlarına əsasən səhiyyənin 10 ən böyük problemindən biri kimi insanların vaksinlərə etibarlı yanaşmaması olmuşdu .Təhsilin yüksək olduğu ölkələrdə peyvəndlərə etibar var. Feyk xəbərlərdən qaçmağı məsləhət görürəm. Düşünürəm ki, sağlamlıq mədəniyyəti artıq formalaşıb, amma maariflənməni davam etdirmək lazımdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR