Nazir müavini: "Haftoni ilə bağlı məsuliyyət daşıyan əməkdaşlar cəzalandırılacaq"

Nazir müavini: "Haftoni ilə bağlı məsuliyyət daşıyan əməkdaşlar cəzalandırılacaq"
# 15 iyul 2021 16:52 (UTC +04:00)

“Haftonidə araşdırmalar başa çatmaq üzrədir”.

APA-nın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Dayanıqlı Azərbaycan Naminə Milli Alyansın təşkilatçılığı, ETSN nümayəndələri və digər fəalların iştirakı ilə ADA Universitetində “Meşələrin mühafizəsi və davamlı inkişafı” mövzusunda keçirilən debatda deyib.

Nazir müavini bildirib ki, kimlərin məsuliyyət daşıdığı aydındır: “Kənar ərazidə qırıntılar bizi məyus etdi. Vaxtında bunun qarşısını ala bilərdik. Burada obyektiv səbəb yoxdur. Biz məsuliyyətimizi bilirik, bununla bağlı məsuliyyət daşıyan əməkdaşlar cəzalandırılacaq. Ən ağır, işdən azad olunmaya qədər cəzalar veriləcək.

Haftonidə o cür qırıntılar olmamalı idi. Burada müqavilə tərəfdaşımızın, həmçinin bizim yerli qurumun məsuliyyəti var. Biz regional qurumdan soruşmuşduq, “layihə ərazisində qırıntı yoxdur” demişdilər. Orada nadir olan növlər var idi. Onların qeydiyyatı aparılır, ziyan hesablanır. Təəssüf ki onlar qorunmadı”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR